Hepatit C gizli şəkildə insan orqanizmində illərlə yaşayır.
Hepatit C gizli şəkildə insan orqanizmində illərlə yaşayır.
Bu xəstəlik qaraciyərin xəstəliyidir. Törədicisi qan tərkibli çox dəyişkən virusdur. Tez bir zamanda öz formasını və genotipini dəyişdiyinə görə diaqnostikada və müalicədə müəyyən problemlər yaradır. Virusun fəaliyyəti nəticəsində qaraciyərin hüceyrələri dağılaraq məhv olur. Bu xəstəliyə bəzən gizli düşmən də deyirlər. Xəstəliyə yoluxmuş insan heç bir ağrıdan şikayət etmir. Xəstəlik özünü büruzə vermədiyindən bunu sezmək çox çətindir. Amma illər keçəndən sonra hepatit C virusuna yoluxmuş şəxsin gözlərinin içi saralır, ağzı acı olur.
Sağ qabırğa altında narahatlıq hiss olunur. Qarnında ağrılarla müşayiət olunan halsızlıq özünü göstərir. Çox zaman qan köçürülmüş və hepatitə yoluxmuş xəstələrin 90 %-i C hepatitinə aid olurlar.
Səhiyyə Naziriliyindən aldığımız məlumata görə, Azərbaycanda son 2 il ərzində Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya fəaliyyət göstərir. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.
Avropa Təbiət Elmləri Akademiyasının üzvü, dərman bitkiləri üzrə elmi işçi, Fitoterapiya Mərkəzinin Baş həkimi fitoterapevt Elnur Rəhimov isə TİA.AZ-a bidldirdi ki bu xəstəlikdən tam qurtulmaq mümkündür: “ Hepatit artıq sağalan bir xəstəlikdir. Mən yüzlərlə hepatitli xəstə sağaltmışam. Son illərdə qaraciyər xəstəlikləri nəinki cavanlaşıb hətta sürətlə ağırlaşaraq bir sıra fəsadlara gətirib çıxarır. Ən geniş xəstəlikləri qaraciyərin piy distrofiyası (alkoqoldan asılı və ya asılı olmayan), virus hepatitləri (xüsusilə Hepatit C), digər sistem və xroniki çatışmazlıqlarla müşayət olunan qaraciyər xəstəlikləri və bəzən nəticə olaraq görünən qaraciyər serrozudur. Bunların içərisində daha çox kabus kimi görünən Hepatit C xəstəliyi artıq tam sağalır və hətta praktikamda istənilən genotipdə olan pasientlərdən çox gözəl effekt almışam. Bu virus hepatitinin yaratdığı fəsad o qədərdir ki, ölümə belə gətirib çıxarırdı. Çox yaxşı haldır ki bu virusun tam məhv olması tam mümkün oldu.
Yanaşı olaraq virus qanda tam bitməklə yanaşı qaraciyəri də qorumaq rahat olur. Qaraciyər qoruyacaq bitkilərdən ənginar, alaqanqal toxumu, zəfəran və s. müalicə dövrlərində virus əleyhinə aparılacaq müalicənin yanında yazılır”.
E.Rəhimov qeyd etdi ki, qaraciyər xəstəliklərində önəmli yer tutan faydalı hallardan biri də səmərəli qidalanma və həyat tərzinə ciddi nəzarət etməkdən başlayır: “Praktikamda kifayət qədər insanların doğru şəkildə özünü rejimə salaraq, əla nəticələrə sahib olduğunun şahidi olmuşam. Üzdə görünə bilməyən və ya əlamət verməyən ətrafımızda o qədər hepatit C xəstələri var ki, amma tez üzərinə düşsələr nə sağlam insanları yoluxdurmazlar, nə də öz orqanizmlərini ağırlaşdırmazlar. Ən yaxşı müalicə profilaktikadır, yəni xəstələnmədən öncə görülən tədbirlərdir. Tibbi avadanlıqlar, bərbər vasitələri, qan və başqa vasitələr virus xəstəliklərinin yayılmasında başlıca səbəblərdir. Diqqətli olmaq ən yaxşısıdır. Qeyd edəcəyim bu məsləhətlər xüsusilə hepatitli xəstələr üçün müjdədir və qaraciyər kimi orqanı hansısa bu kimi ciddi virusdan təmziləyərək, bərpa etmək keyfiyyətli həyat tərziylə ömür sürmək deməkdir.”
İlahə