backend

Hepatit B və ağciyər vərəmi ilə bağlı statistik məlumatlar açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci illə müqayisədə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayında pedikulyoz üzrə 39,2 faiz, İİV üzrə 25,7 faiz, qonokokk infeksiyası üzrə 15,1 faiz, hepatit B virusu üzrə 13,4 faiz, skarlatina üzrə 10,4 faiz, ağ ciyər vərəmi üzrə isə 5,3 faiz azalma qeydə alınıb. 

2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci illə müqayisədə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayında pedikulyoz üzrə 39,2 faiz, İİV üzrə 25,7 faiz, qonokokk infeksiyası üzrə 15,1 faiz, hepatit B virusu üzrə 13,4 faiz, skarlatina üzrə 10,4 faiz, ağ ciyər vərəmi üzrə isə 5,3 faiz azalma qeydə alınıb

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, müqayisə olunan dövrdə əhali arasında kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.
 
Bundan başqa, 2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pedikulyoz ilə (38,5 faiz), İİV (24,9 faiz), qonokokk infeksiyası (14,2 faiz), hepatit B virusu (12,4 faiz), skarlatina ilə (9,4 faiz) və ağciyər vərəmi ilə (4,2 faiz) xəstələnmə halları azalıb.
 
Bildirilir ki, Avropanın inkişaf etmiş ölkələrində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir. 2016-cı ildə əvvəlki illə müqayisədə dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan büdcə vəsaitin məbləği 17,3 faiz artırılaraq 830,8 milyon manata çatdırılıb. 2016-cı il ərzində 6-sı Bakı şəhərində, 35-i isə regionlarda olmaqla 41 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb.