HƏMSƏDRLƏRİN CENEVRƏ GÖRÜŞÜNÜ TƏŞKİL ETMƏ SƏBƏBİ-EKSPERT RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan  prezidentlərinin Cenevrə görüşündən sonra cəbhə bölgələrində  ermənilərin atəşkəsi pozmaq cəhdləri daha da artıb.
 Azərbaycan və Ermənistan  prezidentlərinin Cenevrə görüşündən sonra cəbhə bölgələrində  ermənilərin atəşkəsi pozmaq cəhdləri daha da artıb. Politoloq Elxan Şahinoğlunun TİA.AZ-a açıqlamasına görə həmsədrlər ancaq vaxtı uzatmağa səy göstərir: “Azərbaycan və Ermənistan prezidentlərinin nəticəsiz qalan Cenevrə görüşü bir daha təsdiq etdi ki, həmsədrlər vaxt uzatmaqla məşğuldurlar. Cenevrə görüşünün təşəbbüskarı həmsədrlər idi. Görüşdən sonra atəşkəs əvvəlkitək intensiv pozulur. İtkilər var. Belə olacağı əvvəlcədən bəlli idi. Onda görəsən həmsədrlər Cenevrə görüşünü təşkil etməklə nəyə ümid edirdilər? Sülh anlaşmasından əvvəlkitək uzağıq. Ermənistana status-kvonu uzatmaq lazımdır və bu işdə İrəvana həmsədrlər yardım edirlər.”
NÜŞABƏ
TİA.AZ