Həmsədrlər regiona səfərlərinin yekununa dair bəyanat yayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, İqor Popov və Endrü Şoferi regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.

 

ATƏT-in Minsk qrupu həmsədrləri Stefan Viskonti, İqor Popov və Endrü Şoferi regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.

 

APA-nın məlumatına görə, bəyanatda qeyd olunub ki, həmsədrlər Azərbaycan və Ermənistanda keçirilən görüşlərdə iki ölkənin başçılarının görüşünə hazırlığı müzakirə ediblər.

 

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə dövlət başçılarının görüşündə müzakirə oluna biləcək məsələlər barədə fikir mübadiləsi aparıblar: “Hər iki prezident münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində yenidən iştirak etməyə hazır olduğunu bildirib”.

 

Bildirilib ki, Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü ilə bağlı məlumatı tərəflər yaxın vaxtlarda açıqlayacaq.

 

Qeyd edək ki, həmsədrlərin regiona iki günlük səfəri başa çatıb. Onlar Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüblər.

 

Amerikalı həmsədr Endryu Şofer dünən Dağlıq Qarabağda olub.