“HƏMSƏDRLƏR KONKRET VƏ ADEKVAT QİYMƏT VERMƏLİDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın işğalçılıq, Minsk qrupu həmsədrlərinin ikili standart siyasətinin növbəti qurbanı-2 yaşlı Zəhra Quliyeva…” 

“Ermənistanın işğalçılıq, Minsk qrupu həmsədrlərinin ikili standart siyasətinin növbəti qurbanı-2 yaşlı Zəhra Quliyeva…”

TİA.AZ xəbər verir ki, bu sözləri Ermənistanın Füzulinin Alxanlı kəndində törətdiyi təxribat nəticəsində 2 yaşlı nəvə və nənənin amansızcasına qətlə yetirilməsinə münasibət bildirərkən millət vəkili Sahib Alıyev bildirib.

Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri Ermənistan ordusunun hərəkətlərinə konkret və adekvat qiymət verməlidir:

“Minsk qrupu həmsədrlərinin dünənki hay vəhşiliyinə verdikləri açıqlamaya baxıram. Yenə ikili standart iyi gəlir. Onların bu açıqlaması işğalçı ordunun 2015-ci ilin sentyabrında Tərtərin Qapanlı kəndini atəşə tutması nəticəsində iki qadının və bir uşağın yaralanması zamanı dediklərindən heç nəylə fərqlənmir. Fərqlənmədiyindən də hay quzğunları təqribən iki il sonra eyni vəhşiliyi yenə təkrarladılar.
Yeri gəlmişkən, o zaman da haylar nənə və nəvəni yaralamışdılar. Qapanlıda hayların hədəfə aldığı o qızcığazın da adı Zəhra idi və onun da cəmisi iki yaşı vardı. O zaman Tanrı Tanrıverdiyeva Müşkinazı və nəvəsi balaca Zəhracığı doğmalarına yenidən verdi. Bu dəfə düşmən çirkin arzusuna çatdı. Alxanlılı Zəhra balamız uçub getdi. Zəhranın atası Elnur Quliyev qızının intiqamını alacağını deyib. Hamımız Elnuruq, hamımız bu intiqamı alacağıq!”

İlahə