HƏMSƏDRLƏR İRƏVANA GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevana iyunun 10-da reallaşacaq səfərləri çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də XİN rəhbəri və müdafiə naziri ilə görüşəcəklər”. 

“ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevana iyunun 10-da reallaşacaq səfərləri çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də XİN rəhbəri və müdafiə naziri ilə görüşəcəklər”.

TİA.AZ xəbər verir ki, bunu qrupun rusiyalı həmsədri İqor Popov armenpress-ə deyib. O qeyd edib ki, digər həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə əldə edilmiş razılığa əsasən həmsədrlər iyunun 10-da Yerevana səfər edəcək: “Biz münaqişə zonasındakı hazırkı vəziyyəti müəyyənləşdirmək istəyirik. Səfər zamanı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin aprelin sonunda baş tutan görüşləri də nəzərə alınmaqla, son məsələlərin müzakirə edilməsi gözlənilir. Növbəti gün biz Dağlıq Qarabağa səfər edəcəyik. Müvafiq olaraq, görüşün nəticələrinə dair ATƏT-in rəsmi saytında bizim bəyanatımız dərc ediləcək”.

Həmsədr bildirib ki, yayılan bəyanatlar atəşkəsin pozulması hallarını pisləyir və gələcək eskalasiyanın qarşısının alınması üçün münaqişə tərəflərini təmas xətti və Ermənistan –Azərbaycan sərhədində lazımi ölçü götürməyə çağırır: “Dediyim kimi, regiona növbəti səfərimiz zamanı inkişaf perspektivləri müzakirə edəcəyik. Həmsədr kimi bizim vəzifəmiz münaqişəni sülh, siyasi-diplomatik yolla həll etmək üçün mümkün olan hər şeyi etməkdir. Bu yolla işləməyə davam edəcəyik”.


İlahə