HƏMKARLARIMIZ BİZİ BELƏ TƏBRİK ETDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu 8 ildə işimizə təkcə oxucular deyil, peşəkar mediada da yüksək qiymət veriblər.

    
Xəbər verdiyimiz kimi  Tribuna İnformasiya Agentliyinin (Tia.az) 8 yaşi tamam olur. Bu 8 ildə işimizə təkcə oxucular deyil, peşəkar mediada da yüksək qiymət veriblər.Həmkarlarımız TİA.AZ-ı belə təbrik etdilər:

Skrom. Net  saytının baş redaktoru Çingiz Özgür : “ Əvvəla deyim ki, indiki vaxtda, bu sayt bumunun informasiya ve dezinformasiyanın müharibəsinin içində 8 il  deyil, 1 il də ayaqda qalmaq böyük şeydir.
Digər tərəfdən, TİA.AZ  təkcə ayaqda qalmıyıb, bu illərdə böyük başarılara imza atıb.Hər zaman dostların, köməyə ehtiyacı olan insanların yanında olub.Haqsızın qarşısında, haqlının yanında olmaq hər bir mediya orqanının vəzifəsi olmasına baxmayaraq, bunu edən sayt ve jurnalistləri barmaqla saymaq olar. Tia.az  məhz o sayın içindədi. Saytın dizaynı, texniki və yazar heyyətinin peşəkarlığına görə biz gündəlik bu saytın oxucularına çevrilmişik. Sizə uğurlar arzulayırıq!”
 

Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət: “Tia.Az saytını və kollektivini 8 yaş münasibəti ilə təbrik edirəm. 8 il kiçik müddət deyil. Bu müddət ərzində ayaqda durmağı bacarmaq. var olmaq özü böyük uğurdur. Arzu edirəm ki, sayt qarşıdakı illərdə daha da böyüyəyəcək, güclənəcək və həmişə onun uğurlarını qeyd edəcəyik.
 

 “Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri  Anar Nəcəfli: “Səkkiz  yaşınızı təbrik edirəm və fəaliyyətinizdə saytın bütün kollektivinə uğurlar arzu edirəm!”
 
 
Axar.az xəbər portalının baş redaktoru Anar Niftəliyev: “Əziz dostum Əlişirbaşda olmaqla, Tia.az-dakı həmkarlarımı təbrik edirəm.Uğurlarınız və xəbərləriniz həmişə bol olsun!”

 
 AFN.az saytının redaktoru Həbibə Abdulla: “ Tia.az saytı təkcə dost sayt deyil, həm də mənə doğma saytdır. Bir müddət bu sayta rəhbərlik etmişəm. Azərbaycanda ilk saytlardan olan tia.az məhdud imkanlarla böyük nəticələr göstərən portaldır. Saytda dərc olunan xəbərlər, araşdırmalar həm ölkədə, həm dünyada baş verən proseslərin oxucuya obyektiv və operativ çatdırılması istiqamətində nümumə sayıla bilər. Haqqında danışdığımız sayt artıq 8 ildir fəaliyyət göstərir. Bu müddət ərzində haqqında şikayət olduğunu eşitməmişəm, nə Mətbuat Şurasının “qara siyahısı”na düşüb adı, nə də hər hansı məhkəmə çəkişməsində hallanıb. Bu da onun göstəricisidir ki, saytda kifayət qədər peşəkar kollektiv çalışır. Tia.az saytına və rəhbəri Əlişir Əhədə uğurlarının davamlı və daha böyük olmasını arzulayıram.
 
Editor.az-ın baş redaktoru Fərid Şahbazlı:  “ Tia.az-ın 8 yaşı tamam olur. Bu münasibətlə sizin kollektivi təbrik edirəm.  Səkkiz il öncə Azərbaycanda internet portalları təzə yaranırdı. Bu mənada xəbər saytları arasında tia.az portalını internet medianın ilk qaranquşlarından biri hesab etmək olar. TİA.AZ xəbər portalının internet media məkanında özünəməxsus yeri və mövqeyi , özünəməxsus oxucu auditoriyası var. Mən bird aha kollektivinizi təbrik edirəm, sizə bundan sonrakı fəaliyyətinizdə də bol-bol uğurlar arzu edirəm.  Əminəm ki, bundan sonra tia.az fəaliyyətini daha da genişləndirərək  təkcə Azərbaycanın daxilində deyil, xaricində də bizim həqiqətlərin təbliğində mühüm rol oynayacaq.
 
”Azvison.az –ın baş redaktoru Vüsal Məmmədov: “Tia.az ölkədəki ilk xəbər saytlarından biridir. Öz oxucuları, öz yeri və yolu olan bir media orqanıdır. Üstəlik, orada gözəl dostlarımız da çalışırlar. Hamısını təbrik edirəm, uğurlarının davamını arzulayıram!” 

Yeniçağ.az-ın təsisçisi və redaktoru Aqil Ələsgər:”Bu gün Azərbaycanda internet media kifayət qədər geniş yayılıb. Ancaq tia.az elə bir zamanda yarandı ki, nəinki internet media, ümumiyyətlə, ölkədə doğru-düzgün internet yox idi. Bu səbəbdən də, Tia.az internet medianın öncüllərindən hesab etmək olar. Kiminsə dəstəyi ilə birdən birə parlayı, sönmək olar. Ancaq böyük çətinliklə səkkiz il fəaliyyət göstərmək böyük naliyyətdir. Dostum Əlişirə daha böyük uğurlar arzulayıram!”

NÜŞABƏ