Həmkarlar İttifaqı Konfederasiyası və Pirşağı Bələdiyyəsi məhkəməyə verildi – SƏBƏB

Həmkarlar İttifaqı Konfederasiyası və Pirşağı Bələdiyyəsi məhkəməyə verildi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Sabunçu Rayonu Pirşağı bələdiyyəsi məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, məhkəmədə hər iki dövlət qurumu ilə bağlı iddianı “Pirşağı” Sanatoriya-Kurort Birliyi qaldırıb. İşin mahiyyəti inzibati orqanların (AHİK və Pirşağı Bələdiyyəsi nəzərdə tutulur – red) aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. Məhkəməyə səbəb olan digər məsələlər isə açıqlanmır.

AHİK və Pirşağı Bələdiyyəsinin işinə 24 may tarixində Bakı İnzibati Məhkəməsində hakim Aysev Almazovanın sədrliyi ilə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar