Yazıçı Cavid Zeynallının “Həmin işıqlı günlər” adlı hekayələr kitabı işıq üzü görüb.
Tribunainfo.az xəbər verir ki, kitab Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının qərarına əsasən çap olunub.
“Tuna” mətbəəsində işıq üzü görən kitabın redaktoru Mübariz Örəndir.
Kitabda müəllifin 15 hekayəsi var.
Qeyd edək ki, C.Zeynallı Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın həyatından bəhs edən “Şükriyyə” adlı kitabın da müəllifidir.