“İnsanlar sosial şəbəklərdə yayılan şaiyələrə inanmasın. Rəsmi qurumların məlumatını izləsinlər”.
Tribunainfo.az xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O, insanları qeyri-rəsmi məlumatlara inanmamağa çağırıb:
“Seysmoloji Mərkəzin, FHN-nin məlumatlarını əsas götürmək lazımdır. Bəzi məlumatlar yayılıb ki, 2-3 saat sonra filan gücdə təkanlar olacaq. Həmin adam zəlzələ ocağına gedib 65 kilometr dərinlikdən məlumat verir? Ayıbdır, belə şeylər yolverilməzdir”.