Həmcinslərini Türkiyədə cinsi istismara məruz qoyan qadına hökm oxundu

Həmcinslərini Türkiyədə cinsi istismara məruz qoyan qadına hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Natiqə Əsədovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü təqsirləndirilən şəxsə 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, Natiqə Əsədova tamah niyyəti ilə 2019-2023-cü illərdə Ağcabədi rayonunda yaşayan zərərçəkmiş qadınlarla görüşərək onları aldadıb Türkiyənin İzmir şəhərinə aparmaqla cinsi istismara məruz qoyub.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərçəkmişlərə guya Türkiyədən geyim əşyaları alıb Ağcabədi rayonuna gətirməklə gəlir əldə edəcəklərinə dair yalan vədlər verib. O, bu yolla həmin qadınları aldadaraq Türkiyə ərazisində cinsi istismar məqsədilə Azərbaycan dövlət sərhədindən keçirilməsi üçün cəlb edib.

Zərərçəkmiş şəxslərin razılığını aldıqdan sonra təqsirləndirilən şəxs bütün yol xərclərini ödəyərək onları dövlət sərhədini keçməklə Türkiyəyə aparıb, İzmir şəhərində kirayə tutduğu mənzilə yerləşdirib. Natiqə hədə-qorxu gələrək qadınları məcburi şəkildə kişi müştərilərlə görüşdürüb, onlardan aldığı pul ödənişləri müqabilində cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayəti törədib.