Türkiyəli rejissor Ferzan Özpetek ailə qurduğu Simon Pontesilli ilə görüntülənib.
Axşam.az məlumat verir ki, ikili alış-veriş edərkən kameraların hədfinə tuş gəlib. Fotoqrafları görən cütlük ayrı istiqamətlərə doğru hərəkət edib.
Sonra isə onlar bir taksiyə minərək evə yollanıblar.
Qeyd edək ki, cütlük 2 il əvvəl ailə qurub.