HƏMASA DƏSTƏK ÜÇÜN BU ÖLKƏ DƏ İSRAİLƏ HÜCUM ETDİ

HƏMASA DƏSTƏK ÜÇÜN BU ÖLKƏ DƏ İSRAİLƏ HÜCUM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın İsrailə qarşı başlatdığı Əqsa tufanı əməliyyatının ardından İsrail “Dəmir Qılınclar” əməliyyatı çərçivəsində gün boyu Qəzzanı vurdu. Həmas-a dəstək Livan Hizbullahından da gəlib. İsrailə mərmi və raketlər atılıb. Beyrutda Hizbullah tərəfdarları dəstək nümayişləri keçirib.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, İsrailin hücumları qarşısında təşkilat çoxlu raket və top mərmiləri ilə İsrailə hücum etdiklərini açıqlayıb.

Buna cavab olaraq İsrail ordusu Livanın cənubuna hücum edib.

Bölgədə Birləşmiş Millətlər Təşkilatının sülhməramlıları var. Birləşmiş Millətlər Təşkilatı Hizbullah və İsrail arasındakı münaqişələrdən sonra Livandakı vəzifəsini davam etdirəcəyini bəyan edib.