İsrailin energetika naziri İsrael Katz oktyabrın 7-də HƏMAS-ın hücumlarında iştirak edənlərə “ölüm cəzası vermək” üçün xüsusi hərbi məhkəmənin yaradılmasına çağırıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, “Mən Ədliyyə naziri Yariv Levini HƏMAS-ın, nasistlərin və onların tərəfdaşlarının cinayətləri ilə bağlı qanunları icra edəcək xüsusi hərbi məhkəmə yaratmağa və öldürənlərə ölüm cəzası verməyə çağırdım”.
Qeyd edək ki, Qəzzadan həyata keçirilən hücumlarda 308-i əsgər olmaqla 1400 israilli həlak olub, 5132 İsrailli yaralanıb.
Fələstin Səhiyyə Nazirliyi Qəzzada İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda indiyədək 2 min 360-ı uşaq, 1292-si qadın olmaqla 5 min 791 nəfərin öldüyünü, 16 min 297 nəfərin isə yaralandığını açıqlayıb.