İlk bəyanat İsrailin baş naziri Benyamin Netanyahunun hər biri 45 gün davam edəcək üç mərhələli əsir mübadiləsi və atəşkəs təklifini rədd etməsindən sonra HƏMAS-dan gəlib. HƏMAS Siyasi Bürosunun üzvü Usamə Handan verdiyi açıqlamada, “Qəzzada atəşkəs üçün təqdim etdiyimiz təklifdə Misir, Qətər, Türkiyə, Rusiya və BMT-nin istənilən razılaşmada zamin olmasını tələb etmişdik” deyib.
Tribunainfo.az xəbər verir ki, xalqının ən elementar insan haqlarını belə inkar edən İsrailin reaksiyalarına baxmayaraq HƏMAS-ın razılaşmaya müsbət cavab verdiyini bildirən Həmdan, İsrailin razılaşmanın elan edildiyi gündən Qəzzaya hücumlarını davam etdirəcəyinə dair israrla açıqlamalar verdiyini qeyd edib.
Dəniz Pənahova