Livanın “Al Mayadeen” telekanalı HƏMAS hərəkatındakı mənbələrə istinadən xəbər verir ki, Fələstin hərəkatı Qəzza sektoruna dair razılaşmanı təsdiqləyib.
Tribunainfo.az xəbər verir ki, mənbələrin məlumatına əsasən, razılıq barədə məlumat artıq ABŞ Prezidenti Donald Trampa çatdırılıb. Bu açıqlama Trampın mətbuat konfransı zamanı səsləndirilib.
Telekanalın məlumatına görə, sazişin rəsmi imzalanması bu cümə axşamı Misirdə baş tutacaq.