HƏMAS-la döyüşlərdə həlak olan İsrail hərbçilərinin sayı 406-ya çatıb

HƏMAS-la döyüşlərdə həlak olan İsrail hərbçilərinin sayı 406-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qəzza zolağındakı döyüşlərdə İsrail Müdafiə Ordusunun daha iki hərbçisi ölüb.
Məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

Məlumata görə, ölənlərdən biri kapitan, o biri isə istefada olan mayordur.
Bildirilib ki, bununla da İsrail Müdafiə Ordusunun Qəza zolağının şimalında ölən hərbçilərinin sayı 80, ümumilikdə isə 406-ya çatıb.
Qeyd edək ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə oktyabrın 27-dən Qəzza zolağında əməliyyata başlayıb.