Ötən günlərdə İsrail ordusu tərəfindən öldürülən HƏMAS lideri Yunis əl-Sənvardan sonra onun yerini kimin tutacağı məsələsi müzakirə olunur. Tribunainfo.az xəbər verir ki, bu posta əsasən 4 nəfərin namizədliyi ətrafında fikir mübadiləsi var.
Onlardan biri HƏMAS Siyasi Bürosunun ilk rəhbərlərindən olan Musa Əbu Mərzukdur. O, uzun müddətdir təşkilatın bütün çətin işlərini görməklə yanaşı, proseslərin ən ağır tərəflərini yaşayn adam olaraq təqdim edilir. HƏMAS daxilində də nüfuzunun xeyli yüksək olduğu düşüncəsi var.
İkinci əsas namizəd isə Xəlil əl-Hiyadır. Tribunainfo.az xəbər verir ki, bu şəxs də nüfuzlulardan hesab olunur. O, son günlər HƏMAS-ın əsas danışan “dili” funksiyasını həyata keçirir.
Zahir Cabarin də namizədlər sırasındadır. Batalyon komandiri olmuş bu şəxs, sonradan Siyasi Büronun önəmli fiqrularından birinə çevrilib. Lakin digər iki namizəddən fərqli olaraq, elə də nüfuzlu sayılmır.
Sonuncu namizəd isə Yunis əl-Sənvarın qardaşı Məhəmməd Əl-Sənvardır. Məhəmməd əl-Sənvar HƏMAS-da önəmli yerlərdən birini tutsa da, tərəfdarı çox deyil. O, təşkilatın əsas silahlıq qanadlarına rəhbərlik edib, güclü manevr imkanlarına malik biri kimi tanınır. Lakin bu şəxsin yanaşmaları HƏMAS rəhbərliyini elə də qane etmir. Məsələn, Məhəmməd əl-Sənvar məqsədə çatmaq üçün dinc əhalinin də qurban verilməsi fikrinin əsas dəstəkçilərindən hesab olunur. O hesab edir ki, dinc əhali HƏMAS-ın mübarizəsində rolu məqsədə çatmaq yolunda lazım olarsa, vasitə kimi çıxış etməlidir.