HƏMAS-IN İLK QADIN ÜZVÜ ÖLDÜRÜLÜB

HƏMAS-IN İLK QADIN ÜZVÜ ÖLDÜRÜLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosuna daxil olan ilk qadın Cəmilə əl-Şanti Qəzzada öldürülüb. Tribunainfo.az-ın məlumatına görə, bu barədə Londonda yerləşən Arabi21 informasiya portalı Qəzzadakı mənbələrə istinadən xəbər verir.

Onların sözlərinə görə, Əl-Şanti İsrailin anklav ərazisinə endirdiyi zərbələr nəticəsində öldürülüb.

Əl-Şanti islamçı hərəkatın yaradıcılarından biri olan Abdel Əziz Rantinin dul arvadıdır. 2004-cü ildə ərinin ölümündən sonra o, siyasi fəaliyyətini davam etdirib.

Xüsusilə, Əl-Şanti Qəzzada Qadın İşləri Nazirliyinə rəhbərlik edib və 2021-ci ildə HƏMAS-ın siyasi bürosunun üzvü olub.