HƏMAS-ın 5 komandiri bir gündə öldürüldü

HƏMAS-ın 5 komandiri bir gündə öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən HƏMAS təşkilatı yeni itkilərini açıqlayıb. Tribunainfo.az xəbər verir
ki, təşkilat özünün hərbi qanadı olan “Əl-Qəssam Briqadaları”nın 5
komandirinin bir gündə öldürüldüyünü bəyan edib.
Onların “Əl Qəssam”ın sözçüsü Əbu Ubeydə Məhəmməd Əl-Dif, səhra
komandirləri Mərvan İsa, Qazi Əbu’tməa, Raed Sabit və Rafi’ Salamehdir.
Təşkilat hadisənin Qəzzada baş verdiyini, olayın hücum nəticəsində
gerçəkləşdiyini bildirib. Lakin səhra komandirlərinin hansı şəraitdə və nə
vaxt öldürülməsi barədə açıqlama verilməyib.