HƏMAS-ın 20 vəzifəli şəxsi, 150 tuneli məhv edilibbackend

HƏMAS-ın 20 vəzifəli şəxsi, 150 tuneli məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail kəşfiyyat xidməti mühüm vəzifə tutan 20 yüksək vəzifəli HƏMAS üzvünün məhv edildiyini bildirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” portalı məlumat yayıb.

Təşkilat üzvlərinin məhv edilməsini İsrail hərbi hava qüvvələri həyata keçirib. Əməliyyatda İsrail Müdafiə Qüvvələri və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) də iştirak edib.
İsrail ordusunun təmsilçisi, polkovnik-leytenant Conatan Konrikus isə bildirib ki, ölkənin müdafiə qüvvələri HƏMAS hərəkatının hərbi qanadının istifadə etdiyi 150-dən çox tuneli partladıb.
O, qeyd edib ki, HƏMAS silahlıları hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər. Konrikusun sözlərinə görə, ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun məhv edilməsi üçün işləri davam etdirir.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.