HƏMAS hərəkatının hərbi hava qüvvələrinin rəhbəri Qəzza zolağında öldürülüb.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Həmas Hərbi Hava Qüvvələrinin rəhbəri Nidal əl-Nəccar Qəzza zolağında öldürülüb. O, 2023-cü il oktyabrın 7-də İsrailə hava hücumunun təşkilatçılarından biri olub”, – məlumatda qeyd olunub. /“Qafqazinfo”