HƏMAS-ın silahlı qanadı “Qəssam Briqadaları” tərəfindən Qəzza zolağında əsir saxladıqdan sonra gecə saatlarında azad edilən məhbuslardan biri, 85 yaşlı Yoçeved Lifşitz canlı yayımda yaşadıqlarından danışıb.
Tribunainfo.az yazır ki, onu apararkən Həmas yaraqlılarının ona çubuqlarla vurması səbəbiylə bədənində qançırların olduğunu bildirən qadın, “Cəhənnəmdən keçdim” söyləyib. O, həkimin hər 2-3 gündən bir onu yoxladığını və HƏMAS-ın bütün ehtiyaclarını ödədiyini bildirib.