HƏMAS 222 nəfəri girov saxlayır – İsrail ordusubackend

HƏMAS 222 nəfəri girov saxlayır – İsrail ordusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail ordusu bildirib ki, 222 girovun ailəsi onların yaxınlarının Qəzza zolağında saxlandığı barədə məlumat alıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Haqariyə istinadən məlumat yayıb.

Haqarinin sözlərinə görə, bu rəqəmə xeyli sayda xarici ölkə vətəndaşı daxildir və onların şəxsiyyətini müəyyənləşdirmək və ailələrinə məlumat vermək vaxt aparacaq.
O, həmçinin qeyd edib ki, bu rəqəmə HƏMAS tərəfindən oktyabrın 20-də axşam azad edilmiş Cudit Raanan və qızı Natali daxil deyil.
Digər girovları azad etməyə cəhd etmək üçün yerüstü əməliyyatın gecikdirilməsi ilə bağlı suala Haqari belə cavab verib: “Girovları azad etmək və evlərinə gətirmək üçün bütün imkanlarımızla çalışırıq”.
“Times of Israel” Qəzzada əsir saxlanılanlardan bəzilərinin başına gələnləri də dərc edib.
Xatırladaq ki, oktyabrın 20-də Fələstinin HƏMAS hərəkatı İsrailə 7 oktyabr hücumundan sonra girovluqda olan iki ABŞ vətəndaşını azad edib.
Türkiyə daha əvvəl girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirakını elan edib və Birləşmiş Ştatlar amerikalıları Qəzza zolağından azad etmək üçün hərbçiləri cəlb edə biləcəklərini istisna etmədiyini bildirib.
İsrail Müdafiə Qüvvələrinin beynəlxalq nümayəndəsi Conatan Konrikus Avstraliyanın ABC radiosuna müsahibəsində bildirib ki, HƏMAS 212 girovu azad etsə və şübhəsiz təslim olarsa, Qəzza zolağında quru əməliyyat ləğv ediləcək.