Həm soğan yeyir, həm şallaq yeyir, həm pulunu ödəyir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir gün iki əkinçi bir-biri ilə dava edirlər. Gün keçdikcə aralarında olan dava daha da qızışırdı. Nəhayət qazinin yanına gəlirlər ki, onların bu davasına görə hökm versin.

TİA.AZ deyerler.org-a istinadən bildirir ki, əkinçilərdən biri deyir: “Mən soğan əkirəm və əkin yerim də yaxşıdır. Bu kişi mənim qonşumdur. O zaman ki, məhsulum hazır olur, öz adamlarını göndərib məhsulumu xarab edirlər. Hər nə qədər səbəbini soruşuram deyir ki, sənin pis iy verən bu məhsulunun heç bir faydası yoxdur. Deyir ki, onun iyi mənə əziyyət verir”.

Qazi ikinci əkinçidən istəyir ki, özünü müdafiə etsin. O, sadəcə deyir: “Onun məhsulu heç bir işə yaramır”.

Qazi bir qədər düşünür və ondan sonra hökm verir. O, deyir: “İkinci əkinçi birinci əkinçinin məhsuluna ziyan vurduğu üçün ya gərək onun pulunu ödəsin, ya 100 zərbə şallaq vursunlar, ya da 10 kq soğanı xam şəkildə yesin”. (Həvzəh)

Əkinçi xəsis və tamahkar olduğu üçün deyir: Üçüncü hökm daha asandır və onu qəbul edirəm. Lakin elə ki, 2 kq soğan yeyir, görür ki, vəziyyəti pisləşir. Ona görə deyir ki, şallağı qəbul edirəm. Elə ki, 20 şallaq ona dəyir, görür ki, qalan şallaqlar üçün halı qalmamışdır.

Ona görə deyir ki, əlinizi saxlayın. Mən o soğanların pulunu ödəcəyəm.

Əslində bu tamahkar əkinçi həm soğan yeyir, həm şallaq yeyir və həm də soğanın pulunu ödəməyə məcbur olur. Hər üç cəzanın üçünə də düçar olur. Budur tamahın və xəsisliyin nəticəsi.