İranın mərhum prezidenti İbrahim Rəisinin həlak olduğu helikopter qəzası ilə bağlı başladılan istintaq prosesi yekunlaşıb.
Tribunainfo.az xəbər veir ki, bu haqda “Reuters” məlumat yayıb.
Rəisinin hər hansı kənar müdaxilə olmadan, qəza nəticəsində öldüyü təsdiqlənib.
Qəzanın səbəbi kimi “hava şəraiti” və “helikopterin ağır çəkisi” müəyyən edilib.
Müəyyən olunub ki, Rəisinin olduğu helikopterə nəzərdə tutulduğundan çox sayda adam götürülüb. Bu səbəbdən helikopter lazım olan yüksəkliyə qalxa bilməyib və dumanlı havada dağa çırpılıb.