Helikopter qəzası İrana niyə sərf edir?

Helikopter qəzası İrana niyə sərf edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Helikopter məsləsini texniki məsələyə bağlamaq İrana sərf edir, həm də ona görə ki, İranda daxili iqtidar savaşında bu hadisə bir çox rəqib qruplara, Ali Dini lider mövqeyi uğrunda aparılan daxili savaşa da sərf etdi.

Tribunainfo.az-ın məlumatına görə, bu fikirlərlə REAL Partiyasının üzvü Natiq Cəfərli çıxış edib. O bildirib ki, İran Rəisinin ölümü ilə bağlı rəsmi açıqlamada “texniki məsələ” olduğunu vurğuladı. İşin maraqlı tərəfi odur ki, hətta kənardan başqa dövlətin müdaxiləsi olsaydı belə, İran rəsmi səviyyədə bunu açıqlamazdı:

“Açıq çəkildə belə bir məlumat versəydi, bu, “casus bəlli”, yəni müharibə səbəbi olmalı idi – İran isə qlobal müharibədən qaçır, birbaşa toqquşma istəmir, çünki çox rahat şəkildə başqalarının əli ilə “proksi” müharibə aparmağı öyrənib, özünü belə daha rahat hiss edir, açığı, müəyyən uğur da qazanıb – İraqda, Suriyada, Livanda, Yəməndə, Fələstində ciddi gücə, nüfuza, təsir rıçaqlarına sahib olub.
Əgər bu sistem, stategiya işləyirsə, nədən uduzacağı birbaşa müharibəyə girsin ki?! Helikopter məsləsini texniki məsələyə bağlamaq özlərinə sərf edir, həm də ona görə ki, İranda daxili iqtidar savaşında bu hadisə bir çox rəqib qruplara, Ali Dini lider mövqeyi uğrunda aparılan daxili savaşa da sərf etdi”.

Roman