“Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox?”

“Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küçədə corab satmaqla dolanan aktyor Allahverdi Yolçuyevin işlə təmin olunması ilə bağlı xəbərlər yayılıb. Məlumatı dəqiqləşdirmək və müsahibədən sonra hansı reaksiyaları aldığı ilə bağlı aktyorla əlaqə saxladıq. Kulis.az sözügedən məqamlarla bağlı Allahverdi Yolçuyevin açıqlamasını təqdim edir: “Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox. Düzdür, mətbuata bununla bağlı açıqlamışam, amma hələ heç nə dəqiqləşməyib. Ona görə elə demişəm ki, müsahibədən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müdiri məndən əmək kitabçamın surətini istədi.

 

Elə başa düşdüm ki, yəqin o teatrda işə düzəlmişəm, başqa cür ola bilməz. O teatrda işləmişəm, kollektivi də tanıyıram. Amma işə bərpa olunub-olunmamağım barədə dəqiq deyə bilmərəm.

 

Bu məsələlər Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Hara desələr, ora da gedəcəm. Hələ bir qədər gözləyək də.

 

Müxtəlif fikirlər var. Deyirlər ki, nahaq elədin. Bu nə idi? Biabırçılıq, nə bilim, nə… Bəziləri deyir, düz elədin. Hərə bir söz deyir. Amma sənət yoldaşlarım zəng eləməyiblər. İki-üç nəfərdən başqa heç kim maraqlanmayıb. Üzdə özünə dost deyən insanlar bir zəng eləyib soruşmayıb, nə olub? Ölmüsən, qalmısan, yoxsan…

 

Cəlal Məmmədov Sumqayıtdan zəng eləyib. Sabir Məmmədov zəng eləyib, vəssalam. Bir də Afaq xanım zəng eləyib…

 

İşə gedib-gələndə, dəqiq deyəcəm ki, bəli, işə düzəlmişəm”.