Həkimlərinə cinayət işi açılan xəstəxananın direktoru işdən çıxarıldıbackend

Həkimlərinə cinayət işi açılan xəstəxananın direktoru işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Əli Hüseynov vəzifəsindən azad olunub.

Tribunainfo.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Əmr imzalayıb.

Qeyd edək ki, Əli Abbas oğlu Hüseynov 2020-ci ilin noyabrından xəstəxananın direktoru vəzifəsində çalışırdı. O, 1991-2019-cu illərdə Ağsu RMX-da baş həkimin müavini, 2019-2020-ci illərdə isə direktorun müavini vəzifəsində işləyib.

Xatırladaq ki, ötən ay Ağsu Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.