HƏKİMLƏRİN MAAŞINI ARTIRMAQ LAZIMDIR – PEDİATR

HƏKİMLƏRİN MAAŞINI ARTIRMAQ LAZIMDIR – PEDİATR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlərin maaşını artırmaq lazımdır, onda peşəkarlar da çoxalacaq.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə həkim-pediatr Vaqif Qarayev çıxış edib. O bildirib ki, əvvəllər sahə həkimlərinə o qədər az maaş verilirdi ki, yolpuluna möhtac olurdular:

“İndi sahə həkimlərinə verilən maaş sevindiricidi. Digər həkimlərin də maaşını artırmaq lazımdır.
Rəsmi qurumun açıqlamasına görə, ölkədə 32 min həkim var. Onlardan cəmi bir nəfəri ayda 25 000 manat maaş alır, o da cərrahdır. Bütün dünyada cərrahi profil praktik təbabətin avanqardı sayılır. Həmişə belə olub. Həmişə də cərrahlar yüksək maaş alıb. Xüsusilə seçilmişlər, daha yüksək peşəkarlığı olanlar!
İcbari Tibbi Sığortanın tətbiq edilməsinin bir faydası da belə peşəkarları aşkara çıxartmaqdı, əhali üçün əlçatan etməkdi!”.