Həkimlərdən XƏBƏRDARLIQ: Göz rəngini dəyişmək kor edirbackend

Həkimlərdən XƏBƏRDARLIQ: Göz rəngini dəyişmək kor edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar geniş vüsət almış keratopiqmentasiya – göz rənginin dəyişdirilməsi əməliyyatına müraciət edənlərin sayı kəskin artıb xüsusən də məşhurlar arasında. Daha çox xanımların müraciət etdiyi bu əməliyyatla gözlər istəkdən asılı olaraq müxtəlif rənglərə dəyişdirilir.
Hətt bu əməliyyatı etdirən bir çox xarici vətəndaşlar gözündən olub.

Bəs yaxşı, nəticəsi göz oxşayan olsa da bu əməliyyatın nə kimi fəsadları ola bilər? Risk nədən ibarətdir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən oftalmoloq Cahid Şahbazov bildirib ki, gözümüzün ön təbəqəsi olan korniya təbəqəsinə xüsusi piqmentlər yerləşdiririk. Bu əslində dərimizdə tətbiq etdiyimiz tatuaj kimi prosesdir.

Həkimin sözlərinə görə, bir sıra rənglər mövcuddur. Ən sıx istifadə olunan rənglər isə mavi, boz, bal-qəhvə rəngidir ki, ən populyarları bunlardır.

“Zamanla, mavi rəng boza doğru tündləşərək rəngini dəyişir. Bu zaman təkrari boyamalar, hətta 2-3 dəfə həyata keçirilə bilər”.

Əməliyyatın risk faktorundan danışan oftalmoloq Bəhruz Quliyev bu prosesin təhlükəsiz olmadığını bildirib.

O, qeyd edib ki, gözündə katarakta, qlaukoma əmələ gəlir. İnsanın sağlamlığı üçün çox təhlükəli bir əməliyyatdır. İstər lazer, istər implant, istərsə də tatu olsun…

“Əgər göz rəngini dəyişirsinizsə kontakt linzalardan istifadə edərək göz rənginizi dəyişin. O biri əməliyyatlara getmək çox risklidir, məsləhət deyil. Əməliyyat vaxtı, əməliyyatdan sonra gözə infeksiya keçmə riski çox böyükdür. Göbələk, bakteriya, virus iltihab törədib korluğa qədər gətirib çıxara bilər”.