Həkimlər yeməkdən sonra gəzməyi məsləhət görürlər-ARAŞDIRMAbackend

Həkimlər yeməkdən sonra gəzməyi məsləhət görürlər-ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeməkdən sonra gəzmək qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir və sağlamlığa digər faydaları vardır.

Çox vaxt yeməkdən sonra yuxunuz gəlir, amma həkimlər müvəqqəti zəifliyinizi aradan qaldırmağı və hərəkətsiz istirahət əvəzinə sadəcə “həzm gəzintisi”, yəni gəzinti etməyi məsləhət görürlər. Mütəxəssislər izah edirlər: karbohidratlarla zəngin yemək yeyəndə və sonra hərəkət etməyi dayandırdıqda, qan şəkərinin səviyyəsi sıçrayır və bir neçə saat yüksək qalır. Nəhayət, bu, sağlamlığa mənfi təsir göstərir.  xəbər verir ki, qanda şəkərin səviyyəsinin yüksəlməsi sinirlərin, qan damarlarının və bir çox orqanların zədələnməsinə səbəb olur, insulin müqavimətinin və bununla yanaşı, 2-ci tip şəkərli diabetin inkişafına təkan verir .

Öz növbəsində, yeməkdən sonra gəzinti qan şəkərində çox əhəmiyyətli sıçrayışlardan qoruyur və hətta onu azaltmağa kömək edir. Konkret olaraq, Amerika Diabet Assosiasiyasının araşdırması göstərdi ki, “gəzmək, prediabetli yaşlı yetkinlərdə qan şəkərinin səviyyəsini azaltmaqda təsirli olur”.

Tribunainfo.az xəbər verir ki,tədqiqatçılar həmçinin hesab edirlər ki, yeməkdən sonra gəzmək 2-ci tip diabetdə qan şəkərini azaltmağa kömək edir. Sınaqlarda diabet xəstələrindən ya hər yeməkdən sonra 10 dəqiqə, ya da hər gün yarım saat gəzmələri istənilib. Nəticədə dörd gündən sonra yemək yedikdən sonra yeriyən insanların qanında şəkərin səviyyəsi sadəcə 30 dəqiqə  yeriyənlərə nisbətən xeyli aşağı olub.

Tam olaraq nə vaxt? Həkimlər bildirirlər ki, yeməkdən 30 dəqiqə sonra qanda şəkərin səviyyəsi maksimum həddə çatır və məhz bu məqamda onu orta dərəcədə idmanla azaltmaq məqsədəuyğundur.

“Gəzintidən maksimum yararlanmaq istəyirsinizsə, yeməkdən sonra yarım saat gözləmək və sonra gəzməyə başlamaq daha yaxşıdır. Bu halda 15 dəqiqəlik gəzinti qanda şəkərin səviyyəsini ən əhəmiyyətli dərəcədə aşağı sala bilər”, – Fitbook jurnalı alimlərdən sitat gətirir.

Həzm yaxşılaşır. Yeməkdən sonra 15 dəqiqəlik gəzinti qidanın trakt boyunca aktiv şəkildə hərəkət etməsinə kömək edir.

Qəbizliyin qarşısı alınır. Gəzinti əzələləri aktivləşdirir və bağırsaq hərəkətlərini stimullaşdıran aşağı qarın nahiyəsinə yumşaq bir masaj edir.

Stress azalır. Əgər tez-tez stres hiss edirsinizsə, yeməkdən sonra 20 dəqiqəlik gəzinti etmək bununla mübarizə aparmağa kömək edə bilər. Tədqiqatlar göstərir ki, açıq havada idman etmək bədəndəki stress hormonu kortizolunu azaldır.

İmran Kərimli