“Həkimlər lazım olmayan qida əlavələrini reseptə yazırdılar”

“Həkimlər lazım olmayan qida əlavələrini reseptə yazırdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elə vitaminlər var ki, onlara resept verilir. Müəyyən vitaminlər var ki, onları reseptsiz də əldə etmək olar”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən plenar iclasda Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, həkimin xəstəliklə bağlı bir çox tövsiyəsi olur: “Bu, xəstənin qidalanması, davranışı və digər məsələlərlə bağlıdır. Ona görə dərman vasitələri olmayan preparatların reseptə yazılması qadağandır. Bunu ona görə qadağan etdi ki, süni istifadə etmə halları olurdu. Həkimlər bəzən lazım olmayan aktiv qida əlavələrini reseptə yazırdılar. Bu da xoşagəlməz hallara gətirib çıxarardı.

Həkim hesab edirsə, uşağa süni qida maddəsi lazımdır, tövsiyə edəcək və onun əldə olunması üçün reseptə ehtiyac yoxdur. Həkim qida əlavələrini reseptə yaza bilməz. Tövsiyə edə bilər ki, təyin etdiyim dərman vasitələri ilə bərabər qida əlavələrindən də istifadə edə bilərsiniz. Onların reseptdə göstərilməsi düzgün deyil. Buna görə də “Dərman vasitələri haqqında” qanunda bunu qadağan etmişik”, – deyə Ə.Əmiraslanov qeyd edib.