Qatıq ən təbii və ən yaxşı sakitləşdiricidir.
Tribunainfo.az xəbər verir ki, bu qənaətə türkiyəli həkim Esin Korkut apardığı aşadırma ilə gəlib. O bildirib ki, qatıq insanı dinləndirir, sakitləşdirir. Tərkibindəki B vitamini ən təbii antidepresandır.
Həkim bildirib ki, xüsusilə ev şəraitində hazırlanmış, heç bir əlavə qatqısı olmayan qatıq ən yaxşı sakitləşdirici hesab edilir:
“Qatıq ən təbii sakitləşdirici, dinləndiricidir. Üstəlik cildi daha təmiz edir, insanın daha sağlam görünməsinə şərait yaradı”.