Hindistanda təcrübə keçən tibb tələbəsi cinsi təcavüzə məruz qalaraq öldürülüb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, ölkə boyu həkimlər həmkarlarının zorlanması və öldürülməsinə etiraz olaraq tətilə başlayıblar.
Hindistan Tibb Birliyi mövzu ilə bağlı verdiyi açıqlamada, “Gənc qadın həkimin öldürülməsi ilk dəfə deyil və düzəldici tədbirlər görülməsə, sonuncu da olmayacaq” deyib.
Hindistanın Milli Cinayət Qeydiyyatı Bürosunun məlumatına görə, 2022-ci ildə ümumilikdə 31,516 zorlama hadisəsi qeydə alınıb.
Bu, gündə orta hesabla 86 hadisənin qeydə alınması deməkdir.