Sahibsiz küçə itlər təkcə quduzluğa görə yox, digər xəstəliklər baxımından da təhlükəlidir!
Tribunainfo.az xəbər verir ki, bu təhlükədən pediatr Vaqif Qarayev danışıb. O bildirib ki, itlər dişləməsə belə yenə də təhlükəlidir:
“Hər dəfə it dişləməsi ilə bağlı bir hadisə olanda müzakirələr başlayır. Hamı bir-birini günahlandırır, rəsmilər isə susur.
Yenə mütəxəssislər dünya təcrübəsini misal gətirərək məsləhətlər verir. Ancaq ortada heç bir nəticə yoxdur. Sahibsiz küçə itləri təkcə dişləməsinə, quduzluğa görə təhlükəli deyil. Keçə itləri dişləməsə belə digər xəstəliklər baxımından da təhlükəlidir”.
Nigar