Türkiyəli həkimlər seçki hazırlıqları ilə əlaqədar Rəcəb Tayyib Ərdoğan və MHP başqanı Dövlət Bağçalının keçirdikləri mitinqlərdə yüksək səslə, dayanmadan fasiləsiz çıxış etmələri səbəbilə onlara müəyyən məsləhətlər verib.
Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzman Mətin İşıq bildirib ki, bu cür çıxışlar hər bir namizəd üçün təhlükəlidir, xüsusilə də yüksək səslə və fasiləsiz çıxışlar edən Ərdoğan və Bağçalı üçün.
Həkim bildirib ki, infeksiya riskinə qarşı çoxlu çiyələk qəbul etməli, ilıq südü balla qarışdırıb içməlidirlər. Seçim ərəfəsində namizədlərin yüngül, vücudu yormayan, yağsız qidalanmaları məsləhətdir.
Burun, boğaz həkimi Fatih Aslan isə bildirib ki, yüksək səslə danışdıqları üçün namizədlərin diqqətli olmaları məsləhətdir. Səs tellərinin nəmli qalması üçün danışma müddəti təyin edilməli, 20 dəqiqədən artıq yüksək səslə danışılmamalı, danışılsa belə 5-10 dəqiqədən bir fasilə edilməlidir. Qulaqların sağlam qalması üçün isə həkim bildirib ki, uçuşlar zamanı namizədlər qulaqlıqdan istifadə etməlidir. Gün ərzində isə 5 saatda az olmayaraq yuxu yatmaları vacibdir.