Həkim yuxusuzluqla mübarizənin gözlənilməz üsulunu açıqladı

Həkim yuxusuzluqla mübarizənin gözlənilməz üsulunu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxşı bir gecə yuxusu almaq üçün yataqda daha az vaxt keçirməli və daha gec yatmalısınız”.
Tribunainfo.az xəbər verir ki, bunu “Daily Mail”ə diyetoloq və sağlam həyat tərzi üzrə ekspert Maykl Mosli deyib.
Həkimin sözlərinə görə, yuxuya getməkdə çətinlik çəkirsinizsə, o zaman gec yatmaq lazımdır:
“Bunun sayəsində insan saatlarla uzanıb sabahkı gün özünü necə hiss edəcəyindən narahat olmur. Prinsip sadədir: yataqda nə qədər az vaxt keçirsən, bir o qədər yorulursan və bir o qədər çox yatmaq istəyirsən. Beləliklə, başınız yastığa dəyəndə siz tez bir zamanda dərin və bərpaedici yuxuya gedəcəksiniz”.
Yatmaq üçün ideal vaxtı hesablamaq üçün mütəxəssis gündəlik tutmağı və hər gecə neçə saat yatmağı bacardığınızı qeyd etməyi məsləhət görüb:
“Orta hesabla bir insan gündə altı saat yatırsa, o zaman altı saatdan tez uzanmaq mənasızdır. Məsələn, səhər yeddidə durmaq lazımdırsa, gecə birə qədər yatmalısınız”.