Qızılcaya yoluxma azalsa da, peyvəndsiz uşaqlar hələ də gələcək üçün potensial təhlükə mənbəyidir.
Tribunainfo.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, xəstəliyin kəskin yayılması, ölüm hallarının olması belə nə valideynlərin məsuliyyətini artırdı, nə də epidemioloji xidmətin səviyyəsini:
“Qızılcaya yoluxma zəiflədi. Hesab edək ki, epidemioloji xidmət gecə-gündüz işlədi, məntiqlə belə olmalı idi, amma belə deyil. Valideynlərin də məsuliyyəti artmalı idi, amma belə olmadı. Mütləq hesab etməliyik ki, peyvəndisz uşaqlar gələcəkdə potensial təhlükə mənbəyidir!
Göyöskürək də azalır, amma sönməyib.
Hazırda skarlatina var! Qızdırma, boğaz ağrısı, dəridə səpkilərlə gedir. Dil moruğa bənzəyir. Özünümüalicə ilə məşğul olmaq düzgün deyil! Müalicə olunan xəstəlikdir. Yetər ki, vaxtında həkimə müraciət edilsin”.
Nigar