Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.
Tribunainfo.az-ın Unikal.az-a istinadən əldə etdiyi məlumata görə, o, infarkt keçirib.
Məsələ ilə bağlı açıqlama verən Aydın Abışzadə məlumatı təsdiqləyib:
“Bir neçə gün əvvəl infarkt keçirtdim. İki gün xəstəxanada qaldım. “Anju” etdilər, stent qoydular. Əməliyyat olunmağımı istədilər, amma mən razılıq vermədim. Şükür Allaha, indi vəziyyətim normaldır.
Nəzrinin ölümündən sonra ürəyim dözmədi. Sanki ürəyim partladı”.
Xatırladaq ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub