Həkimlərin xərçəng diaqnozu qoyduğu qadının hər iki süd vəzisi kəsildikdən sonra onun xəsrçəng olmadığı məlum olub.
Tribunainfo.az xəbər verir ki, hadisə Türkiyədə, Kocaelidə yaşanıb. 51 yaşlı Çiğdem Kışlalı sinəsində narahatlıq hiss etdiyi üçün həkimə müraciət edib. Müayinədən sonra ona süd vəzisində bir törəmə olduğu və əməliyyat olunmasa digər süd vəzisinə də yayılma ehtimalı olduğunu bildiriblər. Yoxlanışlardan sonra təcili əməliyyat qərarı verən qadın əməliyyat olunub. Hər iki süd vəzizi əməliyyatla tam kəsilən qadın müayinələrdən sonra kimyaterapiya üçün başqa həkimə gedib.
Növbəti müayinələrdən sonra ona bildiriblər ki, siz xərçəng xəstəsi deyilsiniz, sizdə ümumiyyətlə belə xəstəlik olmayıb. Ş.Kışlalı həkimləri məhkəməyə verib. Həkimlər ilkin ifadəsi.
Həkimlərin söözlərinə görə, qadın özü estetik əməliyyat etdirmək istəyib və hər iki süd vəzisini kəsdirib.