Həkim Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək – Penitensiar Xidmət razılıq verdi

Həkim Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək – Penitensiar Xidmət razılıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Penitensiar Xidmət həkim Adil Qeybullanın Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib”.

TİA.AZ xəbər verir ki, bu barədə Yaqublunun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil qeyd edib ki, görüş bu gün saat 17:00-da olacaq. Adil Qeybulla T. Yaqublunu müayinə etməyə razılıq verib.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsinin hökmü ilə 4.3 il müddətinə azadlıqdan məhrum edilən Yaqublu 10 gündür aclıq aksiyası keçirir. Yaxınları onun səhhətinin kəskin pisləşdiyini, hər an komaya düşə biləcəyini bildiriblər.