Qalıcı dırnaq boyasının dırnağa və əllərə vurduğu zərərlər araşdırılıb. şellak və gellak kimi bildiyimiz dırnaq baxım prosedurları zamanı istifadə olunan ultrabənövşəyi lampanın olduqca təhlükəli olduğu müəyyən edilib. Məlum olub ki, ultrabənövşəyi şüalar qalıcı dırnaq boyası vurulan insanlarda uzun müddətli hüceyrə zədələnməsinə səbəb ola bilər. Bu da qocalmanı sürətləndirir.
Tribunainfo.az xəbər verir ki, Özəl İstanbul Şafak Xəstəxanası dəri mütəxəssisi həkim Marziyeh Cavadpour son vaxtlar populyarlaşan qalıcı dırnaq boyası ilə bağlı bilinməsi lazım olan faktlara diqqət çəkib.
Həkim bildirib ki, ardıcıl olaraq dırnaqların kimyəvi boyaya, şüaya məruz qalması olduqca zərərlidir:
“Qalıcı dırnaq boyası gündən-günə populyarlaşan kosmetik tətbiqlərdən biridir. Tez quruduğu, həftələrlə qaldığı, dırnaqların qırılmasının qarşısını aldığı və əlləri baxımlı göstərdiyi üçün hazırda dünyada ən çox istifadə edilən prosedurdur.
Ancaq xanımlar anlamalıdır ki, dırnaqlar nəfəs almalıdır. Həftələrlə dırnaqda gelin, boşanın, bazanın qalması, üstəlik dırnaq səthinin yonulması yaxşı bir şey deyil. Bu zamanla normal dırnaq köklərini məhv edərək dırnaqlarınızın daha keyfiyyətsizləşməsinə səbəb olacaq. Həmçinin şüa əllərdə qırışları artırır, əl rəngini qaraldır”.