Həftəsonu milli parklarda hava necə olacaq?backend

Həftəsonu milli parklarda hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstirahət günlərində (mayın 6-7-də) milli parklarda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Milli Hidormeteorologiya Xidmətindən Tribunainfo.az-a verilən məlumata görə, Samur-Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq.

Ağgöl milli parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-25° isti olacaq.

Qızılağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də gündüz arabir yağış yağacağı gözlənilir.Gecə və səhər duman olacaq. Şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti , gündüz 14-17° isti olacaq.

Şirvan milli parkında mülayim, sabit, əsasan yağmursuz hava şəraiti gözlənilir. Lakin mayın 7-də gecəyə doğru yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-27° isti olacaq.

Hirkan milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.