UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarının ardından həftənin rəmzi komandası açıqlanıb.
Tribunainfo.az-ın məlumatına görə, heyətdə “İnter” (İtaliya), PSJ (Fransa), “Borussiya”, Bavariya (hər ikisi Almaniya), “Aston Villa” və “Arsenal”ın (hər ikisi İngiltərə) futbolçuları yer alıb.
Qapıçı:Canluici Donnarumma (PSJ).
Müdafiəçilər:Benjamen Pavar (“İnter”), Ezri Konsa (“Aston Villa”), Yakub Kivyor (“Arsenal”), Nunu Mendeş (PSJ).
Yarımmüdafiəçilər: Maykl Olise (“Bavariya”), Paskal Qros (“Borussiya” Dortmund), Deklan Rays (“Arsenal”), Con Makqinn (“Aston Villa”).
Hücumçular:Lautaro Martines (“İnter”), Seru Qirassi (“Borussiya”).