Həftədə 6 yumurta yesəniz bu möcüzə ilə qarşılaşacaqsınız

Həftədə 6 yumurta yesəniz bu möcüzə ilə qarşılaşacaqsınız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumdur ki, dünyada 50 milyondan çox insan ürək xəstəlikləri ilə mübarizə aparır. Bu xəstəliklər qan damarlarını daraldaraq və ya tıxanaraq infarkt və insultlara səbəb ola bilər, lakin Monaş Universiteti tərəfindən aparılan yeni bir araşdırma, müntəzəm yumurta istehlakının infarkt və insult riskini azaltdığını ortaya qoyub.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, “Nutrients” jurnalında dərc edilən araşdırma, həftədə 6 dəfə yumurta yeyən yaşlı şəxslərin yumurta istehlak etməyən və ya ayda yalnız bir və ya iki dəfə yeyənlərə nisbətən ürək xəstəliyi və insult riskinin 29 faiz daha az olduğunu müəyyən edib.

Yumurta istehlak edənlərin hər hansı səbəbdən ölüm riskinin 15 faiz aşağı olduğu da müşahidə edilib.

Araşdırmanın aparıcı müəllifi Holli Uayld yumurtanın zülal, vitamin, folat, doymamış yağ turşuları, xolin və minerallar baxımından yaxşı seçim olduğunu ifadə edib.

Sensasiyalı araşdırmada yaşı 70 və yuxarı olan 8756 böyüklər iştirak edib. İştirakçılar yumurta istehlakı tezliyinə görə üç qrupa bölünüb. Bu qruplar; İştirakçılar heç vaxt yumurta yeməyənlər, ayda iki dəfə və ya daha az yumurta yeyənlər, həftədə bir-altı dəfə yumurta yeyənlər və hər gün və ya gündə bir neçə dəfə yumurta yeyənlər kimi təsnif ediliblər.

Tədqiqatçılar təhlil ediblər ki, orta və yüksək keyfiyyətli diyetə malik yaşlı yetkinlərdə infarkt və insult riski müvafiq olaraq 33 faiz və 44 faiz aşağıdır. Mütəxəssislər yumurtanın pəhrizə daxil edilməsinin ümumi sağlamlıq üçün faydalarını vurğulayıblar.

Ceyran