Həftədə 5 saat işləyib aylıq $160 min qazanan sahibkardan 3 məsləhət

Həftədə 5 saat işləyib aylıq $160 min qazanan sahibkardan 3 məsləhət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Graham Cochrane sıfırdan başladığı musiqi biznesi sayəsində həftədə 5 saat işləyərək ayda $160 min-lik gəlir əldə edir. Cochrane bu uğurun sirrini 3 ipucu ilə açıqlayır.

Passiv gəlir mənbələrindən sərvət qazanmaq hər kəsin xəyalıdır. Bu hədəfə çatmaq istəyən sahibkarların qarşısında uzun bir yol var.

Graham Cochrane sahibi olduğu musiqi şirkətindən aylıq $160 min gəlir əldə edir. O, əvvəlki iş yerində ayda $00-1000 qazanırdı. Lakin 200-cu ildə 26 yaşında ikən işdən çıxarıldı. Bu müddətdə onun fotoqraf həyat yoldaşı $500-1000 qazanırdı. İşdən çıxarıldıqları dönəmdə bütün yığdıqları pulu istifadə edib bitirən ailə övlad sahibi olduqda maddi vəziyyətləri daha da çətinləşib.

Sahibkarın həyatı “The Recording Revolution” adlı musiqi bloqunu açmaqla dəyişib. Cochrane o dönəmdə düşünürdü ki, internetdə var olmaq sadəcə frilans istehsal üçün daha çox müştəri cəlb etməyə kömək edəcək. Biznesini gəlirli hala gətirməyi öyrənməyi isə xeyli vaxt alıb. Cochrane deyir ki, indi o, internet vasitəsilə verdiyi onlayn dərslərlə səs mühəndisi işlədiyi vaxtlardan daha çox qazanır.

Təkcə Record Revolution bloqu aylıq $40 min gəlir gətirir. Cochrane , həmçinin, müştərilərə uğur qazanmaq üçün nə etməli olduqlarını öyrədən onlayn kouç sistemi vasitəsilə də $120 min aylıq gəlir əldə etdiyini deyir. 38 yaşında iki biznesi olan Cochrane artıq həftədə sadəcə 5 saat işləyir və qalan vaxtını ailəsi ilə keçirir.

Cochrane deyir ki, o, musiqi haqqında bildiklərini bölüşmək və öz biznesinə daha çox müştəri cəlb etmək üçün bloq və Youtube kanalı açıb. Başlanğıcda o, hər həftə internet saytında üç bloq yazısı, Youtube kanalında isə bir video yaymlayırdı. Müxtəlif səsyazma və aranjiman teknikaları üçün sürətli, addım-addım təlimatlarla yanaşı musiqiçilər və prodüsserlərlə müsahibələr də paylaşıb.

Youtube-dakı ilk ilində gündəlik 0 baxış sayından 2 000 baxış sayına çatıb. Auditoriyası genişləndikcə pul qazanmaq imkanları da artıb. Əvvəlcə video sponsorluq və reklam gəlirindən ayda $200-1000 qazanıb. Bu sövdələşmələri etmək üçün izləyiciləri barədə demoqrafik məlumatları hazırlayıb izləyicilərinin istədiyi məhsulları istehsal edən brendlərə göndərib. Tanıtımlarında həmin brendlərə Youtube videoları və bloqda banner reklam yerləri təklif edib. Cochrane deyir: “Lakin 2010-cu ildə mən daha gəlirli biznesin açarını tapdım: insanlara karyeram boyu öyrəndiyim dəyərli bacarıqları öyrədən elektron kitablar və ya onlayn kurslar kimi öz rəqəmsal məhsullarımı yaratmaq və işə salmaq”.

Cochrane ilk onlayn kursunu 2010-cu ilin aprelində müştərilərə $45-a Pro Tools-dan necə istifadə etməyi öyrətmək üçün yaradıb. Sahibkar Pro Tools-un necə işlədiyini nümayiş etdirərkən kompüter ekranını və səsini çəkmək üçün “Screenflow” adlı proqramdan istifadə etdiyini bildirir. Abunəçiləri cəlb etmək üçün elektron kitab da hazırlayan sahibkar deyir ki, ilk onlayn kursunu satanda onun 500-ə yaxın abunəçisi olub. Rocording Revolution-un bu gün minlərlə izləyicisi və üzvü var. Üzvlük qiymətləri $67 ilə $397 arasında dəyişir.

“2018-ci ilin oktyabrından 2019-cu ilin sentyabrına qədər mən $1 mln. satış qazandım” deyə Cochrane bildirir.. 2021-ci ildə gündəlik məzmun istehsal etməkdən uzaqlaşdıqdan sonra “The Recording Revolution” ayda təxminən $40 000 gəlir gətirdi.

Sonradan özü kimi insanlara həvəslərini pula çevirməyi öyrətdiyi kouçluq proqramlarına başlayan sahibkar bu sahədən aylıq $120 min gəlir də əldə edir.

İnternet dünyasındak işləri ilə həyatı dəyişən Cochrane başlanğıcda musiqiçi olmağı hədəflədiyini, indi isə bu hədəfinin insanlara daha qazanclı və mənal həyata çatmaq üçün kömək etmək olaraq dəyişdiyini deyir.

Cochrane sahibkar olmaq istəyənlər üçün üç vacib ipucunu bölüşüb:

“1. Passiv gəli əldə etmək üçün bacarıqlarınızı satın.

Bir xidmət təqdim edərkən daha çox pul qazanmaq üçün edə biləcəyiniz iki yol var: daha çox müştəri cəlb etmək və qiyməti artırmaq. Ancaq bu, problem ola bilər. Çünki, gün ərzində müştəriləri həyəcanlandıra biləcəyiniz çox vaxt var. Amma ala biləcəyiniz ödənişin bir limiti var. Mənim üçün dönüş nöqtəsi səsin qarışdırılması və yazılması ilə bağlı biliklərimi onlayn kursa çevirmək qərarım oldu. Rəqəmsal məhsullar satmaq passiv gəlir axınını təmin etdi və bir gündə frilans çalışan biri olaraq adi vaxtda işlədiyimdən daha çox pul qazanmağıma imkan verdi.

2. İnsanlara təklif edə biləcəyiniz şeylərdən ödənişsiz bir nümunə verin.

Mənim əsas inancım budur ki, verən insanlar uğur qazanacaq. Biznesimin bütün uğuru, ödəniş ala biləcəyim vaxtlarda ödənişsiz şəkildə ən yaxşı təhsil məzmununu verəyimə əsaslanır. Buna görə mənim bloqum, YouTube kanalım və podkastım var.

Məntiqsiz görünür, amma məhz belədir: Bütün dünyada dərc etdiyim hər bir zəngin məzmun Google və ya YouTube axtarışının gücü ilə insanları cəlb etmək üçün bir maqnit rolunu oynayır. Bu, insanların məni kəşf etmələri və mənə etibar etmələri üçün bir yoldur.

Beləliklə, mən premium bir məhsul satanda pul ödəməyə hazır və istəkli ola bilirlər.

3. Avtomatlaşdırılmış sistemlər qurun.

Həftədə cəmi 5 saat işləmək tükənmişlik sindromunun qarşısını almağıma kömək edir və mənə ailəmlə daha çox vaxt keçirməyə imkan verir. Məsələn, müştərilərlə işimin, demək olar ki, bütün sahələri avtomatik e-poçtlar vasitəsilə həyata keçirilir.

İnsanlar mənim məzmunumu tapdıqda, e-poçt vasitəsilə daha eksklüziv məzmun üçün qeydiyyatdan keçmək seçimləri var. Qoşulduqdan sonra avtomatik olaraq göndərilən onlarla əvvəlcədən yazılmış e-poçtum var. Bu e-poçtlar biznes proqnozları, məsləhətlər və texnikalar təklif edir, həm də məhsullarımdan hansının daha çox fayda verəcəyini paylaşır.

E-poçtlara fokuslanmaq, sosial mediada insanların göndərdiyi mesajlar üçün saatlar sərf etmədiyim mənasına gəlir. Məzmunun və e-poçtun avtomatlaşdırılmış olması mənim ən ağır işlərimi rahata çevirib”.