“Hədiyyə almırsınızsa, heç təbrik etməsəz, daha hörmətli olarsınız”

“Hədiyyə almırsınızsa, heç təbrik etməsəz, daha hörmətli olarsınız”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tam ciddi deyirəm, məni 8 Mart bayramı münasibəti ilə mesajla, şablon video və şəkillərlə təbrik etməyin. O boş mənasız şəkilləri telefonumdan silməyə dəyərli vaxtımı sərf edirəm”.

Bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. O, hədiyyəsiz gələn təbriklərə ehtiyacı olmadığını deyib.

“Heç olmasa, instaqramda şəklimin altına şərh yazın, səhifənin aktivliyi qalxsın  Bir xeyriniz gəlsin. Təbrik etmək üçün hədiyyə almağa gücünüz yoxdursa, xahiş edirəm, heç təbrik etməsəz, (mesaj, video, şəkil) daha sanballı, hörmətli olarsınız. Sağ olun!” deyə, Nura bildirib.