“Hədəf Liseyi” cərimələnirbackend

“Hədəf Liseyi” cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hədəf Liseyi” ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, liseyin İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Hədəf Liseyi” ilə bağlı iş baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib. 24 oktyabr tarixində hakim Anar İbadzadənin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Hədəf Liseyi” 2018-ci ildə Hədəf Kurslarının bazasında Elm və Təhsil nazirliyinin rəsmi lisenziyası əsasında təsis edilib. “Hədəf Liseyi”nin direktoru Şəmil Sadıqovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar