Həcc ziyarəti zamanı vəba epidemiyası yayıla bilər.
Həcc ziyarəti zamanı vəba epidemiyası yayıla bilər.
TİA.AZ xəbər verir ki, bununla bağlı Dünya Sağlamlıq Təşkilatı məlumat yayıb. Məlumatda Səudiyyə Ərabistanının müvafiq tədbirlər almalı olduğu bildirilib.
Təşkilat Yəməndə 332 min adamın vəba virusuna yoluxmasından sonra sözügedən açıqlama ilə çıxış edib.
Qeyd edək ki, hər il 2-4 milyon adam Həccə gedir. Bunlardan 2 milyona qədəri xaricdən gələnlərdir.